Millimizin rəqibi dəyişdi

2015-ci il yanvarın 3-dən 11-dək Rusiyanın Sankt-Peterburq şəhərində 1997-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığma komandalar arasında keçiriləcək FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə Azərbaycan yığmasının rəqiblərindən biri dəyişib. 

Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Albaniya yığması turnirdə iştirak etməyəcəyi üçün komandamız qrupda 1998-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Rusiya-2 yığması ilə qarşılaşacaq.
 
Yığmamızın digər rəqibi Yaponiya komandasıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right