Millimiz daha bir yoldaşlıq oyununda güvvəsini sınayacaq.
Newsport.az xəbər verir ki, Yığma komanda Bakıda Belarus millisi ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək matç martın 23-ü saat 20:00-da start götürəcək.
Bu, Azərbaycan milli komandasının 2018-ci ildə Bakıda ilk oyunu olacaq. Eləcə də Qurban Qurbanov da millinin yeni baş məşqçisi kimi məhz həmin gün doğma meydanda debüt edəcək.
Qeyd edək ki, millimiz martın 27-də Makedoniya, iyunun 9-da isə Latviya yığması ilə yoxlama görüşü keçirəcək.