I Divizion təmsilçisi “Binə” heyətinə daha 2 futbolçu cəlb edib.
Newsport.az-ın məlumatına görə, mövsümün ilk yarısını “Şüvəlan”da keçirən Eyyub Əliyev bundan sonra “Binə”nin uğurları üçün çalışacaq. 23 yaşlı qapıçı daha öncə “Neftçi”, "Simurq", MOİK, "İnter" və "Kəpəz"in heyətində çıxış edib.
Mövsümün ilk yarısında "Mil-Muğan"ın heyətində çıxış edən Comərd Baxşəliyev də mövsümün ikinci yarısında "Binə"nin uğurları üçün çalışacaq. 30 yaşlı təcrübəli futbolçu daha öncə "Qaradağ Lökbatan" və MOİK klublarında forma geyinib.

