Böyükağa Hacıyevin səhhəti pisləşdi

"Bakı" və "Neftçi"nin baş məşqçisi kimi Azərbaycan çempionu olan, eyni zamanda ölkə kubokunu qazanan və ən 'sası Avropa Liqasının qrup mərhələsinə komanda çıxran ilk azərbaycanlı məşqçi kimi tarix yazan Böyükağa Hacıyevin səhhəti pisləşib. 

Newsport.az saytının məlumatına görə, təcrübəli məşqçi infarkt keçirib və əməliyyat masasına uzanıb. Onun vəziyyətinin yaxşı olmadığı gələn xəbərlər arasındadır.

Hazırda AFFA-nın Məşqçilər Komitəsində təmsil olunan mütəxəssisə allahdan şəfa diləyirik. 

Qeyd edək ki, 59 yaşlı Hacıyev məşqçilik karyerası ərzində "Qarabağ", "Araz Naxçıvan", "Maşınsazi", "Traktor Sazi", "Bakı", "Standart" və "Neftçi" kimi komandaları çalışdırıb. O, 2005-ci ildə Azərbaycan millisində köməkçi-məşqçi kimi fəaliyyət göstərib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right