I Divizion təmsilçisi “Binə” heyətini daha iki futbolçuyla gücləndirib.
Newsport.az xəbər verir ki, mövsümün ilk yarısını “Şüvəlan”da keçirən Eyyub Əliyev bundan sonra “Binə”nin uğurları üçün çalışacaq. 23 yaşlı qapıçı daha öncə “Neftçi”, "Simurq", MOİK, "İnter" və "Kəpəz"in heyətində çıxış edib.
Klubun digər transferi isə, mövsümün ilk yarısında "Mil-Muğan"ın heyətində çıxış edən Comərd Baxşəliyevdir. O, mövsümün ikinci yarısında "Binə"nin uğurları üçün çalışacaq. 30 yaşlı təcrübəli futbolçu daha öncə "Qaradağ Lökbatan" və MOİK klublarında forma geyinib.