İran çempionatında 23-cü turun oyunları baş tutub.
Newsport.az xəbər verir ki, Təbriz derbisində şəhərin iki klubu, “Traktor Sazi” və “Göstəriş” münasibətlərə aydınlıq gətiriblər. "Traktor Sazi"nin meydanında baş tutan oyunda hesabı qonaqlar açsa da, “al qurdlar” əzmkar qələbə qazanıb – 2:1.
Qeyd edək ki, “Gəstəriş” hazırda 30 xalla 7-ci, “Traktor Sazi” isə 28 xalla 10-cu yerdədir.