Birinci divizion təmsilçisi “Sabah” heyətini daha bir futbolçuyla gücləndirib.
Newsport.az klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, komanda, mövsümün ilk yarısında "Kəpəz"də çıxış edən Məhəmməd Qurbanovla müqavilə imzalayıb. Millimizin sabiq üzvü mövsümün sonuna kimi Arif Əsədovun komandasında çıxış edəcək.
Rusiyanın "Rostov" klubunun yetirməsi sayılan hücumameyilli yarımmüdafiəçi peşəkar karyerası ərzində "Taqanroq" (Rusiya), "Sumqayıt" və "Neftçi" klublarında da forma geyinib.