Millimiz yoldaşlıq oyunu keçirəcək

Azərbaycan milli komandası daha bir yoldaşlıq matçında qüvvəsini sınayacaq.

 

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız Latviya ilə qarşılaşacaq. Qurban Qurbanovun başçılıq etdiyi kollektiv, Baltikyanı ölkə təmsilçisi ilə iyunun 9-da üz-üzə gələcək. Yığmamız bu oyunu səfərdə keçirəcək. Qarşılaşmanın keçiriləcəyi stadion və başlanma vaxtı hələlik dəqiqləşməyib.
 

Qeyd edək ki, millimiz növbəti oyununu martın 27-də Makedoniya ilə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right