“Səbail” növbəti transferini reallaşdırıb.
Newsport.az xəbər verir ki, Bayıl təmsilçisi gürcüstanlı müdafiəçi Nikoloz Apakidzeni heyətinə cəlb edib. Müqavilənin detalları haqda məlumat verilməyib.
Qeyd edək ki, "Səbail" Rahil Məmmədov, Aqşin Qurbanlı, Fəhmin Muradbəyli, Kərim Diniyev, Ruslan Əmircanov və Yevgeni Kaçukla da müqavilə bağlayıb.