"Qarabağ" yenidən məşqlərə start verib.
Newsport.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Qurban Qurbanovun kollektivi, Premyer Liqanın 15-ci turu çərçivəsində qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlıqlarına başlayıb.
Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" matçı 10 fevral tarixində saat 19:00-da "Azersun Arena"da baş tutacaq.

