Lənkəranda sürpriz: “Dedi ki, 10 ildi saxlayıram”

Azərbaycan milli komandasının sabiq üzvü Fizuli Məmmədov Lənkəranda sürprizlə qarşılaşıb. 5 il “Xəzər Lənkəran” klubunun şərəfini qorumuş 6 nömrə klub tarixində ən çox oyun keçirənlərdən biridir. Təsadüfi deyil ki, Məmmədovun futbolkası klub muzeyində saxlanılır. 

Bundan əlavə, cənub klubu olmasa da, azarkeşlər hələ də Məmmədovu unutmurlar. Hazırda “Səbail” klubunun aşağı yaş qruplarında çalışan Məmmədov Lənkəran səfəri zamanı məhz azarkeş sürprizi ilə qarşılaşıb. Belə ki, cənub klubunun sadiq azarkeşlərindən biri Məmmədova 10 ildir ki, özündə saxladığı formanı təqdim edib.

Newsport.az-ın məlumatına görə, bu barədə Məmmədov fikirlərini ifadə edib: “Mənim klubun muzeyində formam var. Həmin forma yaşıl rəngdədir. Lənkəranda mənə qaytarılan formanı 10 il öncə azarkeşə vermişdim. Budəfəki səfər zamanı bilib ki, Lənkərandayam. Gəldi, görüşdük. Dedi ki, 10 ildi saxlayıram, gəlməyini gözləyirdim. Çox xoş hisslər oldu. Lənkəran azarkeşi hər zaman xoş sözlərə layiq olub. Bu mənzərə də məni çox təsirləndirdi”.

Qeyd edək ki, “Xəzər Lənləran” hazırda aşağı yaş qruplarəı səviyyəsində təmsil olunur.

 

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right