"Kəpəz"in yeni transferi Bakıda

"Kəpəz"in ilkin razılıq əldə etdiyi Şahdon Vinçester artıq Bakıdadır.

Newsport.az-ın məlumata görə, trinidad və tobaqolu hücumçu bu gün səhər saatlarında paytaxtımıza gəlib. 

Tibbi müayinədən keçən 26 yaşlı futbolçu ilə sabah rəsmi müqavilə imzalanacaq.

"Kəpəz" Vinçesterdən başqa, sabah daha bir futbolçunun keçidini rəsmiləşdirəcək. Ukraynalı müdafiəçi İqor Korotetski də rəsmi sözləşməyə imza atacaq.

Qeyd edək ki, Vinçesterin son klubu Meksika "Mursielaqos"u olub. Korotetski isə son olaraq, ölkəsinin "Avanqard" klubunda çıxış edib.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right