Azərbaycan Premyer Liqasının 15-ci turunda "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" bu gün məşqlərə strt verib.
Newsport.az xəbər verir ki, Təxminən 1,5 saat davam edən məşqdə daha çox toplu çalışmalara üstünlük verilib. Hazırlıq ikitərəfli oyunla yekunlaşıb.
Qeyd edək ki, “Zirə” – “Sumqayıt” qarşılaşması fevralın 10-da keçiriləcək. Saat 16:00-da start götürəcək olan qarşılaşma CBC Sport telekanalı ilə canlı yayımlanacaq.



