Sezar Meza Kolli rəsmi olaraq "Keşlə"də

“Keşlə” daha bir transferlə heyətini gücləndirib.

 

Newsport.az xəbər verir ki, qəsəbə klubu Sezar Meza Kolli ilə rəsmi şəkildə razılığa gəlib. Paraqvaylı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə bağlanılıb. Transferin digər detalları haqda isə məlumat verilməyib.

 

Qeyd edək ki, “Keşlə” qış transfer pəncərəsində Məqsəd İsayev, Kamran Ağayev, Vaqif Cavadov, Pablo Podio, Herve Tçami, Nemanya Stoyanoviç, Ebrima Sohna və Andre Klennonu da heyətinə qatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right