Türkiyə toplanışından qayıtdıqdan sonra iki gün istirahət edən “Kəpəz”in əsas komandasının üzvləri Bakıda məşqlərə başlayıblar.
Newsport.az-ın məlumatına görə, komanda bu gündən Bakı Olimpiya Stadionunun yardımçı meydançasında çempionatın XV turunda qarşılaşacağı “Neftçi” ilə oyunun hazırlıqlarına start verib.
“Sarı-göylər” fevralın 9-na kimi BOS-da hazırlıq keçəcək. Gəncə klubunun oyundan öncəki son məşqi isə görüşün keçiriləcəyi stadionda olacaq.