Azərbaycan toplanışı zamanı yerli futbolçularla anlaşan “Zirə” Türkiyədə olduğu zaman bir neçə legioneri baxışa dəvət etsə də, müqavilə imzalamadı.
Newsport.az-ın məlumatına görə, “Zirə” transfer edəcəyi bir oyunçunu artıq müəyyənləşdirib. Söhbət Trinidad və Tobaqo milli komandasının üzvü Jomal Evans Uilyamsdan gedir. Klubdan Futbol11.az saytına verilən məlumata görə, 23 yaşlı hücumçşu ilə birbaşa müqavilə imzalanacaq. Gənc oyunçunun hazırda sənəd işləri qaydasına salınır. Onun iki gün ərzində Azərbaycana gəlib sözləşməyə imza atacağı gözlənilir.
Qeyd edək ki, Ulyamsın peşəkar karyerasının əsası vətəni ilə bağlıdı. Belə ki, o, 2011-16-cı illərdə yerli "Connection"da oynayıb. Jomalın son klubu isə 2016-cı ildən çıxış etdiyi Meksika "Mursielagos"u olub.