"Sabah" millimizin sabiq üzvünü transfer etdi

Qış fasiləsində “Kəpəz”dən ayrılan Məhəmməd Qurbanov karyerasını I Divizonda davam etdirəcək.

 

Newsport.az xəbər verir ki, millimizin sabiq hücumçusu “Sabah”la mövsümün sonuna qədər müqavilə bağlayıb.

 

Xatırladaq ki, ötən il “Sumqayıt”dan ayrıldıqdan sonra bir müddət klubsuz qalan Qurbanov, cari mövsümün gedişində “Kəpəz”lə anlaşmışdı. Gəncə təmsilçisinin heyətində 7 oyun keçirən 25 yaşlı futbolçu, qol hesabını aça bilməyib. Qurbanov vaxtilə millimizin heyətində 3 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right