"Qəbələ" "Qarabağ""a qarşı U-17 Liqası

U-17 Liqası: «Qəbələ» «Qarabağ»a qarşı

Newsport.az xəbər verir ki, sabah «Bakcell U-17 Liqası»nda 19-cu turun oyunları keçiriləcək. Turun mərkəzi oyunu Binə qəsəbə stadionunda baş tutacaq. Lider «Qəbələ» 2-ci pillədə qərarlaşan «Qarabağ»ın qonağı olacaq. Bu komandalar arasında xal fərqi 10-dur. Qələbə sayəsində əyalət təmsilçisi çempionluq yolunda vacib addım atacaq. «Qarabağ» isə qalib gələcəyi halda həm 2-ci pillədəki yerini qoruyacaq, həm də «Qəbələ»yə bir qədər də yaxınlaşacaq.

«Qarabağ»la yeni xal toplayan «Keşlə»ni də bu tur asan oyun gözləmir. Ötən tur «Səbail»lə oyunda 2 əsas futbolçusunu itirən «Keşlə» onu daban-dabana izləyən «Neftçi»nin qonağı olacaq.

«Sumqayıt» - «Kəpəz» və «Xəzər Lənkəran» - «Səbail» matçları da kifayət qədər maraqlı mübarizə  vəd edir. Digər oyunlara gəlincə, 2 cütlüyün 4 iştirakçısı turnir cədvəlində ekvatordan aşağıda qərarlaşanlardır. Onlardan «Zirə» - «Mil Muğan» oyununda meydan sahiblərinin qalib gələcəyini indidən proqnozlaşdırmaq olar. «Ağsu» - «Neftçi» İK İB  matçında isə şanslar bərabərdir.

 

05 fevral (bazar ertəsi)

12:30 «Neftçi» - «Keşlə» (Binə qəsəbə stadionu)

13:00 «Zirə» - «Mil Muğan» (Aviasiya Akademiyasının stadionu)

14:00 «Xəzər Lənkəran» - «Səbail» (Lənkəran şəhər stadionu)

14:00 «Ağsu» - «Neftçi» İK İB (Ağsu şəhər stadionu)

14:00 «Sumqayıt» - «Kəpəz» (Sumqayıt şəhəri, «Kapitalbank Arena»)

15:00 «Qarabağ» - «Qəbələ» (Binə qəsəbə stadionu)

Cəzalı futbolçular: Emil Mehdizadə, Kamil Əliyev («Neftçi» İK İB), Kənan Əsədli, Əkbər Vəliyev («Keşlə»), Cavidan Rəhimli («Qəbələ»), Kamran Abbasov («Zirə»), Elşən Qarayev («Ağsu»), Zaur Hüseynli («Mil Muğan»).

Bombardir: Nicat Musayev («Neftçi») – 20 qol.

 

«Het-trik news» qəzetinin və sportinfo.az saytının birgə layihəsi





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right