"Bu oyun bizim xeyrimizə olacaq" - Qriqorçuk

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan “Qəbələ” – “Şkendiya” yoxlama oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk matç haqda fikirlərini bildirib.

Newsport.az sizə müsahibəni təqdim edirik:

“Türkiyədə hazırlıq keçdiyimiz bir ay müddətində yeganə haldır ki, hər şey istədiyim kimi olmadı. Komandanın oyuna münasibətindən narazı qaldım. Hətta buna təəccübləndim. Digər tərəfdən isə belə olması yaxşıdır. Çünki biz gördük ki, futbola kifayət qədər düzgün yanaşmayanda, tam qüvvə ilə oynamayanda necə oluruq. Həmişə, elə bu gün də futbolçulara demişəm ki, belə hallar yaşanmamalıdır.

Rəqibin aqressiv oynamasından gileylənə bilmərik. Çalışır, mübarizə aparırdılar. Bəlkə də hansısa epizodlarda bizə kobud, çox sərt görünürdülər. Amma oyunçuları istəkdə, çalışqanlıqda qınamaq olmaz. Bu komanda futbola münasibətin əsl nümunəsidir. Toplanışın belə başa çatmasının necə təsir edəcəyini söyləmək çətindir. Amma mənə elə gəlir ki, bu matç bizim xeyrimizə olacaq. Türkiyə hazırlıqlarında çox yaxşı məşq etdik, gözəl toplanış keçirdik. Ümid edirəm ki, bugünkü matç istisna, anlaşılmazlıqdır və biz bundan fayda götürəcəyik”.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right