"Qarabağ" Türkiyə yoxlanışı çərçivəsində sonuncu yoxlama görüşünə çıxıb.
Newsport.az xəbər verir ki, “köhlən atlar” Monteneqro təmsilçisi “Mladost”la qarşılaşıb və tərəflər meydannan qollu bərabərliklə ayrılıblar. (1-1)
Qeyd edək ki, bu, “Qarabağ”ın Antalya toplanışı çərçivəsində 6-cı yoxlama oyunu olacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk beş görüşdə 3 heç-heçə edib, 2 dəfə məğlub olub. Azərbaycan çempionu Rusiyanın “Kuban” (2:2), Polşanın “Lexiya” (1:1), Makedoniyanın “Şkupi” (0:0), Ukraynanın “Mariupol” (2:3) və Bosniya və Herseqovinanın “Sarayevo” klublarıyla (0:2) qarşılaşıb.