"Zirə"nin son sınağı

Türkiyədəki təlim-məşq toplanışını başa vurmağa hazırlaşan “Zirə” bu gün son yoxlama görüşünə çıxacaq.

 

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisinin 3-cü rəqibi “Haladaş” olacaq. İlk iki oyununda 1 qələbə və 1 məğlubiyyətlə yadda qalan Ayxan Abbasovun yetirmələrinin macarlarla qarşılaşması “Arcadia” otelinin meydançasında baş tutacaq.

 

Qeyd edək ki, “Zirə” Antalya toplanışı çərçivəsində ilk iki yoxlama matçında “Volentaru”ya (Rumıniya - 2:0) qalib gəlib, “Avanqard”a (Rusiya - 0:3) isə məğlub olub.

 

 

Yoxlama görüşü

3 fevral

 

16:00. “Zirə” (Azərbaycan) – “Haladaş” (Macarıstan)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right