"Qəbələ" Makedoniya klubuna qarşı

Türkiyə toplanışı çərçivəsində "Qəbələ" bu gün növbəti yoxlama görüşünə çıxacaq.

 

Newsport.az xəbər verir ki, “qırmızı-qaralar” Makedoniyanın yüksək liqasında çıxış edən “Şkendiya” klubu ilə qarşılaşacaq. 

 

Antalya toplanışında Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin “Sürix” (0:1), Makedoniyanın “Rabotniçki” (2:1), Rusiyanın “Arsenal” (3:3) və Çexiyanın “Bohemians” (1:3) klubları ilə üz-üzə gələn komanda 6-cı görüşündə qüvvəsini sınayacaq.


3 fevral

Yoxlama oyunu

 

18:00. “Qəbələ” (Azərbaycan) – “Şkendiya” (Makedoniya)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right