"Qarabağ" Antalyada son məşqinə çıxdı

"Qarabağ"ımız Antalyada təlim-məşq toplanışını davam etdirir.
 
Newsport.az-ın məlumatına görə, ağdamlılar bu gün toplanışın son məşqinə çıxıb. Yerli vaxtla 11:00-da start götürən hazırlıq 90 dəqiqə davam edib, isinmə hərəkətlərinin ardından futbolçular taktiki çalışmalarla kifayətlənib.
 
Qeyd edək ki, "Qarabağ" sabah təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirəcək. Qurban Qurbanovun yetirmələri Monteneqronun "Mladost" klubuyla qarşılaşacaq, matç Bakı vaxtıyla 19:30-da start götürəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right