"Qəbələ" "Şkendiya"ya uduzdu Yenilənib

2017/18 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” qış fasiləsində son sınağında Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq. Antalya toplanışında Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin “Sürix” (0:1), Makedoniyanın “Rabotniçki” (2:1), Rusiyanın “Arsenal” (3:3) və Çexiyanın “Bohemians” (1:3) klubları ilə üz-üzə gələn komanda 6-cı görüşündə qüvvəsini sınayacaq.

“Qəbələ” bu rəqiblə artıq bir dəfə yoxlama oyunu keçirib. Bir il öncə qış toplanışını məhz “Şkendiya” ilə görüşlə başa vuran komanda 2017-ci il yanvarın 24-də keçirilən görüşdə 2:1 hesablı qələbə qazanıb. Həmin qarşılaşmada “qırmızı-qaralar”ın heyətində Filip Ozobiç 38-ci, Araz Abdullayev 77-ci dəqiqədə fərqlənibsə, rəqibin qoluna 89-cu dəqiqədə Yuri Çolak imza atıb.

Sabah keçiriləcək “Qəbələ” - “Şkendiya” qarşılaşması “Gloria” otelinin meydançalarında baş tutacaq. Yoxlama oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Yoxlama oyunu
3 fevral

18:00. “Qəbələ” (Azərbaycan) – “Şkendiya” (Makedoniya) 0-2
“Gloria” otelinin meydançaları





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right