U-16 Liqası: 18-ci turda 3 gözlənilməz nəticə

Dünən U-16 Liqasında 18-ci turun oyunları keçirilib. Turun mərkəzi oyununda çoxları üçün gözlənilməz sayıla biləcək nəticə qeydə alınıb. Medallar uğrunda mübarizə aparan «Vətən» «Zirə»yə məğlub olub. Liderin xal itirmədiyi bu turda «Keşlə» - «Sumqayıt» və «Kəpəz» - «Turan» matçlarının hesabları da bir qədər gözlənilməz sayıla bilər.

 

«Neftçi» - «Səbail» 4:0

«Keşlə» - «Sumqayıt» 4:1

«Vətən» - «Zirə» 1:3

«Kəpəz» - «Turan» 0:4

«Qarabağ» - «Qəbələ» 0:3

Bombardir: Emil Quluzadə («Vətən») – 10 qol.

Sabah U-16 Liqasında 16-ci turdan təxirə düşmüş bir oyun keçiriləcək. «Neftçi» İK İB Lökbatan OİK-nin meydanında «Keşlə»ni qəbul edəcək. Qarşılaşma saat 14:00-da başlayacaq.

U-16 Liqasında 19-cu turun oyunları fevralın 8-cə keçiriləcək: «Turan» - «Qarabağ», «Qəbələ» - «Vətən», «Zirə» - «Neftçi», «Səbail» - «Keşlə», «Sumqayıt» - «Neftçi» İK İB. Oyunların başlama vaxtı və keçiriləcəyi yer barədə əlavə məlumat verəcəyik.

«Het-trik news» qəzetinin və sportinfo.az saytının birgə layihəsi

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right