2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ”nin sonuncu yoxlama oyununun başlama saatı müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Makedoniyanın “Şkendiya” klubuna qarşı keçiriləcək matç sabah Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin “Sürix” (0:1), Makedoniyanın “Rabotniçki” (2:1), Rusiyanın “Arsenal” (3:3) və Çexiyanın “Bohemians” (1:3) klubları ilə yoxlama görüşü keçirib.