Bu gün AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.
Newsport.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasın gündəliyinə daxil edilmiş məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb, növbəti iclasda müzakirə ediləcək məsələlər müəyyənləşdirilib.
Azərbaycan Premyer Liqasının XVIII turunun “Simurq” – “Bakı” oyununun hava şəraiti ilə bağlı bu günə keçirilməsi ilə əlaqədar hər iki klubun nümayəndəsi, həmçinin “Qarabağ” klubunun təmsilçisi üzrlü səbəbdən iclasda iştirak etməyib.