"Keşlə" vətənə qayıdır

“Keşlə” Antalyadakı təlim-məşq toplanışını başa vurub. 

Newsport.az xəbər verir ki, qəsəbə təmsilçiləri bu gün Türkiyə hazırlığğını başa vuraraq, vətənə yola düşüb.

“Keşlə” Antalyada 3 yoxlama oyunu keçirib. Yuri Maksimovun yetirmələri Makedoniyanın “Rabotniçki” klubunu 1:0 hesabıyla məğlub edib, Ukraynanın “Karpatı” klubuna isə 1:2 hesabıyla uduzub. Bakı təmsilçisi toplanış çərçivəsində keçirdiyi son oyunda dünən Rusiyanın “Yenisey” klubuyla “sülh bağlayıb” - 1:1.

 Qeyd edək ki, “Keşlə” Azərbaycan Premyer Liqasının fasilədən sonrakı ilk turunda evdə “Səbail”lə qarşılaşacaq. Oyun fevralın 11-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right