"Qəbələ" "Lokomotiv"lə qarşılaşıb

“Qəbələ”nin əvəzedici komandası Gürcüstan toplanışında növbəti yoxlama oyununu keçirib.

 

Newsport.az xəbər verir ki, Tiflisdəki hazırlıq çərçivəsində keçirdiyi ilk iki oyunda yerli “VİT-Corciya” (0:2) və “Saburtalo”nun əvəzedici komandası (1:0) ilə görüşən “qırmızı-qaralar” daha bir paytaxt təmsilçisi isə üz-üzə gəliblər.

 

Komanda “Lokomotiv”in əvəzediciləri ilə görüşüb. Qarşılaşmada 1 qol vurulub. Matçın 4-cü dəqiqəsində erkən qola sevinən meydan sahibləri minimal hesabla qalib gəliblər – 1:0. Buraxılan topdan sonra üstünlüyü ələ alan “Qəbələ” çoxsaylı qol imkanları əldə etsə də, rəqib qapısına yol tapa bilməyib.

 

Yanvarın 26-da start götürən təlim-məşq toplanışını başa vuran əvəzedicilər bu gün vətənə dönür. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right