Birinci Divizion təmsilçiləri “Binə” və “Qaradağ Lökbatan” yoxlama oyununda güclərini sınayacaqlar.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandalar qış hazırlıq mərhələsi çərçivəsində, fevralın 3 üz-üzə gələcəklər.
Qarşılaşma Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq və saat 11:30-da start götürəcək.