Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Keşlə" bu gün son yoxlama görüşünə çıxıb.
Newsport.az-ın Antalyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Rusiyanın birinci dəstə klubu "Yenisey"lə qarşılaşan qəsəbə təmsilçilərinin matçını canlı olaraq izləyənlər arasında, U-21-lardan ibarət milli komandanın baş məşqçisi Rəşad Sadıqov və Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov da var.
Qeyd edək ki, birinci hissəsi davam edən görüşdə hesab açılmayıb. (0-0)
Mərdan Həsənov (Antalya)