Topaz Premyer Liqasaının XVIII turunda ili qırmızı vərəqə alaraq yekunlaşdıran "İnter"in futbolçusu Elvin Məmmədov
Newsport.az saytına bununla bağlı açıqlama verib:
"Vallah, nəsə deyib yalnış anlaşılmaq istəmirəm. Qırmızı vərəqə epizodunda mən oyunçuya yox, topa müdaxilə etmişdim. Hakimlər haqqında heç vaxt nəsə danışmamışam. Fariz Yusif da təcrübəli hakimdir. Bəlkə də uduzsaydıq, baş məşqçi buna görə məni günahlandıracaqdı. Amma, həmin yerdə başqa futbolçular da var idi. Son ümid olaraq ona qarşı kobudluq etməmişdim. Deyə bilərəm ki, bir xal qazanmadıq, iki xal itirdik."
Elvin Məmmədov Kamran Ağayevin Mikel Alvaroya qarşı kobudluq etdiyinin də şahidi olduğunu bildirdi:
"Şəxsən mən həmin epizodu gördüm. Kamran açıq aşkar Mikel Alvaroya qarşı kobudluq etdi. Amma, yekunda qərarı hakimlər verir. Orda deyildi ki, guya Alvaro qapıçıya qarşı kobudluq etdi."