Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ” ötən gün növbəti yoxlama oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, Roman Qriqorçukun komandası Çexiyanın yüksək liqasında çıxış edən "Bohemians” klubu ilə qarşılıb. “Gloria Sports Arena”da keçirilən matçda "Qəbələ" 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor”u (1:1) və Rusiya "Arsenal"ı ilə (3:3) heç-heçə edib, İsveçrə “Sürix”inə uduzub (0:1), Makedoniya “Rabotniçki”nə qalib (2:1) gəlib.
"Qəbələ" - "Bohemians" - 1:3
Qollar: Hacıağa Hacılı, 49 - Luts Siim, 31, Yakup Neças, 69, Heşak, 71












