"Yaxın günlərdə yeni transfer ola bilər" - Ayxan Abbasov

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Zirə" komandası bir neçə yoxlama oyunları keçirib. 

Newsport.az-ın Antalyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, "Zirə"nin baş məşqçisi Ayxan Abbasov toplanış və komandanın durumu haqda jurnalistlərin suallarını cavablandırıb

- İlk olaraq, toplanışla bağlı fikirlərinizi öyrənmək istərdik.

-Klubun bura gəlməkdə əsasməqsədi üçüncü dövrəyə hazır olmaqdır. Bəzi çatışmazlıqlar ki var, burda çalışacağıq ki onları aradan qaldıraq. Başqa ölkələrdə oynadığımız yoxlama oyunları bizim xeyrimizədi. Düzdü futbolçular yorğundu, amma ümumi götürsək hələki hər şey qaydasındadır. Yorğunluğu da aradan qaldırdıqdan sonra tam hazır olacağıq.

 

- "Qəbələnin oyununa gəlmişdiniz. Məqsəd rəqiblərin taktikasını öyrənmək idi?

- Biz maksimum dərəcədə çalışırıq ki, digər komandaların oyununu da seyr edək. "Sumqyıt", "Neftçi"ni seyr etmişik. Bu gün də istirahət günümüz olduğuna görə, "Qəbələ"nin də oyununda olmaq istədik. Çünki, ikinci tur "Qəbələ" ilə qarşılaşacağıq.

 

- Ötən gün, o qədər də güclü olmayan komandaya uduzduq..

- Yoldaşlıq görüşü olsa belə, uduzmaq istəməzdik. Birinci hissədə oyundan razı qaldım. İkinci hissədə isə, yəqin ki onlar bizdən daha hazır idilər, həm də bütün futbolçuları görmək istəyirdik deyə, çox futbolçu dəyişdik. Lakin futbolda hər şey olur, əsas odu çempionatda səhv etməyək. Rəqib bir dəfə getdi qapımıza o da qol oldu. Biz də ikinci hissədə daha çox gənclərə üstünlük verdik ki, onların da təcrübəsi çox olsun. Ümumi isə, bu, faciə deyil.

 

- Ümumiyyətlə, komandanın oyunu sanki sistemə oturmayıb.

- Ruminya ilə qarşılaşmada da heç də pis oynamadıq. Hələki vəziyyət normaldı. Yoldaşlıq görüşlərində sırf nəticəyə oynamırıq. Həm optimal heyətimizi təmin etmək istəyirik, həm də, həm də yeni futbolçular var ki,onların da uyğunlaşması lazımdır.

 

- Yeni bir transfer gözlənilirmi?

- Bəli, gözlənilir. Qış transferində ço çətindir bunu etmək. Azarkeşlərin də gözlədiyini bilirik,lakin tələsik addım atmaq istəmirik. Yaxın günlərdə isə yeni transfer ola bilər.

 

- Konkret namizədlər varmı?

- Əlbəttə, var. Həm də çoxdur. Bəzilərinə təklif etmişik, bəzilərində biraz problem var.

 

- Millinin ilk oyunu barədə təəssüratlarınıız bilmək istərdik..

- Birinci hissədə həyəcan hiss olunurdu. Lakin ikinci hissədə topa sahib olmada biz daha öndəydik. Bəzi digər futbolçular da var ki, düşünürəm ki, onlar da qoşulsa daha yaxşı komanda alınacaq. İlk oyun üçün normal nəticədir. Əsas odurki, futbolçuların əzmkarlığı görsənirdi. İndiki futblçuar tam hazır deyl. Gələcəkdə daha yaxşı olacq.

 

- Zirənin ikinci qış fasiləsindən sonranə gözləyirsiz?

- Bizim əsas mqsədimiz Avropada oynamaqdı. Biz çempionata başlayandan məqsədimiz budu. Çətin olacaq bilirik . Məncə 3 və 4-cü dövrə maksimum çətinlik olacaq. Lakin çalışacağııq ki istədiyimiz nəticəni əldə edək.

 

Mərdan HƏSƏNOV / Antalya





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right