Millinin baş məşqçisi: "Futbolçular bacardıqlarını etdilər" MÜSAHİBƏ

Azərbaycanın 19 yaşlılardan ibarət milli komandası Antalya millisiylə qarşılaşıb. Gənclərimiz 1-0 hesabla məğlub olublar. 

Oyundan sonra millinin baş məşqçisi Vüqar Məmmədov Newsport.az-ın Antalyaya ezam olunmuş müxbirinin suallarını cavablandırıb: 


-Toplanışla bağlı fikirlərinizi öyrənmək istərdik.

- Bu bizim ilk toplanışımız idi. 20 günlük təlim - məşq toplanışımız oldu. 

- Bəs bu günki oyunla bağlı nələr deyə bilərsiz? Sizcə nə çatışmırdı?

- Biz bu komandanı yeni toplamışıq. İstəyirik  komplektləşdirək.Yenicə toplandığımız üçün xətlərarası əlaqədə problem var. Bu, tezliklə aradan qalxacaq. Bu təlim-məşq toplanışında hesab bizim üçün önəmli deyildi. Mən futbolçulardan oyun tələb edirdim. Əsas olan bu idi ki, komandadakı problemləri aşkara çıxaraq. 

- Rəqib demək olar ki, heç hücum etmədən qol vurdu. Lakin siz 90 dəqiqə hücumda olub qol vura bilmədiniz. Bunun səbəbi nə idi?

- Çox önəmli mövzuya toxundunuz. Bəli, bizim hücum xəttimizdə çox işlər görmək lazımdı. Bəzi işləri qısa müddətdə tamamlasaq da, hücum pozisiyaları üçün hələ çox vaxt ayırmalıyıq. 

- Azərbaycan uşaq futbolunda ciddi problemlər var. Sizcə, bu problemlər düzəldilə bilərmi?

- Futbolçu baxımından deyim ki, yerli çempionatda oynayan futbolçular var. Eyni zamanda başqa ölkələrdə də çıxış edən futbolçularımız var. Qalan məsələlər isə öz həllini yavaş - yavaş tapacaq. 

- İlk rəsmi görüşə qədər komandanın hazır olma potensialı neçə faizdi?

- Öncədən deyə bilmərəm. Çox potensiallı oyuncularımız var. Düşünürəm ki, ilk mərhələyə qədər normal səviyyəyə çatacağıq. 

- Heyətə cəlb edilən futbolçuların yaş hədlərinə baxdıqda, 2000-2001 təvəllüdlü olduqlarını görürük. Onları gələcək oyunlar üçünmü çağırmısınız, yoxsa bu gün üçün? 

- Dediyim kimi, yaşın fərqi yoxdu. Əgər 2000 təvəllüdlü futbolçu böyüklərindən daha yaxşı oynayacaqsa, niyə də biz onu hazırlayıb, komandaya daxil etməyək? Biz bu cür sistemlə komandadakı boşluqları da doldurmuş olarıq. 

- Qurban Qurbanovla ilk görüşünüz baş tutubmu? Oyunla bağlı hesabat vermisinizmi?

- Bu, hələ təlim - məşq toplanışıdı. Bununla bağlı heç bir müzakirəmiz olmayıb. Bakıya qayıtdıqdan sonra yəqin ki, görüşlər baş tutacaq. Qurban Qurbanovun burda olması bizə çox böyük motivasiyadır, həm də onun təcrübələrindən yararlanmaq üçün gözəl fürsətdir. 

- Komandaya cəlb olunacaq yeni futbolçular hücumdakı problemləri aradan qaldıra biləcəklərmi?

- Dediyim kimi, biz bəzi məsələləri çatdırmamışıq. Bizim xaricdə oynayan futbolçularımız var, onları da dəvət edəcəyik. Onların əksəriyyəti də hücumçudur. 

- Ümumi olaraq,toplanışdan razı qaldınızmı?

- Futbolçular bacardıqlarını etdilər. Çox istəkli idilər lakin hazırlıq tam olmadığına görə alınmadı. 

Mərdan HƏSƏNOV / Antalya





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right