"Qəbələ" Çexiya klubuna məğlub oldu Yenilənib

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.

Newsport.az-ın məlumatına görə, komanda Çexiya "Bohemians”ı ilə qarşılacaq. “Gloria Sports Arena”da keçiriləcək matç  Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor”u (1:1) və Rusiya "Arsenal"ı ilə (3:3) heç-heçə edib,  İsveçrə “Sürix”inə uduzub (0:1), Makedoniya “Rabotniçki”nə qalib (2:1) gəlib.

31 yanvar

Yoxlama oyunu

"Qəbələ" - "Bohemians" - 1:3 

Qollar: Hacıağa Hacılı, 49 - Luts Siim, 31, Yakup Neças, 69,  Heşak, 71





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right