"Qarabağ"dan Almeyda transferinə açıqlama gəlib

"Qarabağ"dan Riçard Almeydanın Türkiyənin "Bursaspor" klubu ilə razılığa gəldiyinə dair iddialara münasibət bildirilib.

Newsport.az xəbər verir ki, Ağdam klubunun direktoru Əmrah Çəlikəl "Report"a açıqlamasında "timsahlar"dan onlara heç bir rəsmi müraciətin gəlmədiyini söyləyib. Bununla yanaşı, Ə.Çəlikəl Almeydanın hazırkı müqaviləsinin mövsümün sonunadək nəzərdə tutulduğunu xatırladıb.

Qeyd edək ki, Türkiyə mətbuatı Riçard Almeydanın "Bursaspor"un təklifini müsbət cavablandırdığını və hazırda iki klub arasında danışıqların getdiyini yazıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right