Çixradze: "Əsəbi idik"

“Qələbə qazanmaq vacib idi. Qazanılacaq qələbə bizi turnir cədvəlində irəli aparacaqdı. Vəzifənin öhdəsindən gəldik. Oyun bizim üçün yaxşı başlamadı. Əsəbi idik. Matç dünən keçirilməli idi. Lakin məlum səbəblərdən təxirə salındı. Bugün isə qarşılaşma erkən start götürdü. Bunun da oyunumuza təsiri oldu. Amma vaxt keçdikcə vəziyyəti düzəldə bildik".

Bu sözləri "Simurq"un baş məşqçisi Georgi Çixradze Azərbaycan Premyer Liqasının 18-ci turunda "Bakı"ya 5:2 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib:

"Artıq fasilə yaranıb. Biz qısa müddətdə istirahət edəcəyik. Daha sonra Türkiyədə qış hazırlığına start verəcəyik” - deyə gürcü mütəxəssis bildirib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right