Antalyada təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, Samir Əliyevin yetirmələri Bolqarıstanın “Lokomotiv” klubu ilə qarşılaşıb. Yüksək liqada çıxış edən "dəmiryolçular" hazırda 23 xalla 14 komanda arasında 9-cu yerdədi. Bu rəqiblə oyunda hesabı bakılılar açıblar. Vüqar Nadirov fərqlənib. Lakin qalan dəqiqələrdə üç qol vuran bolqarlar meydandan əzmkar qələbə ilə ayrılıblar.
“Səbail” buna qədər Antalya toplanışı çərçivəsində Ukraynanın “Çernomorets” (0:0) və Serbiyanın “Napredak” klublarıyla heç-heçə etmişdi.
Yoxlama oyunu
29 yanvar
"Səbail" - Lokomotiv 1:3