Paytaxtın "Keşlə" klubu Antalyada hazırlıqlarını davam etdirir.
Newsport.az xəbər verir ki, qəsəbə təmsilçilərinin yeni transferi Məqsəd İsayev Antalyaya ezam olunmuş əməkdaşımızın suallarını cavablandırıb. Türkiyədəki təlim-məşq toplanışı haqda danışan müdafiəçi bunları bildirib:
-Komandanın hazırlıq prosesi necə gedir? Səni qane edirmi?
-Hər şey çox yaxşıdır. Elə gün olur iki məşq edirik, elə gün də olur ki, bir. Ümid eriəm , burada çəkdiyimiz əziyyətin bəhrəsini çempionatda görəcəyik.
-Yeni komanda, yeni məşqçi və yeni heyət formalaşır. Anlaşma ptoblemi yaşamırsan ki ?
-Yox, uşaqlar qabağcadan tanıdığım futbolçulardır. Komandaya da öyrəşirəm demək olar.
-Digər komanda yoldaşların, Yuri Maksimovun fiziki yükləmələrə üstünlük verdiyini deyir. Sən necə fikirləşirsən ?
-Deməzdim tam olaraq fiziki yükləmələrə üstünlük verir. Düzdür, Bakıda ağır məşqlərimiz oldu. Bura gəldikdən sonra hər-tərəfli olaraq çalışırıq. Düşünürəm ki, ağır məşqlərin çoxu qaldı Bakıda. Burada da çox çalışırıq. İnşallah da yaxşı olacaq.
-“Neftçi”də bir neçə məşqçi ilə işləmisən. Necə düşünürsən, bu məşqçi ilə və bu heyətlə Azərbaycan Çempionatında uğur qazanmaq olarmı?
-Bunu zaman göstərəcək. Uğur qazanmaq üçün hər kəs yaxşı olmalıdır. Təkcə məşqçidən asılı olab hal deyil bu. Biz də əlimizdən gələni edəcəyik.
-Səncə, mövsümün sonunda, hazırkı “Keşlə” ilə hansı yerə ümid etmək olar?
-Demirəm ilk üçlükdə, ancaq çalışacayıq ki, ən azı 5-likdə olaq. Bizim üçün ən əsas kubok oyunudur. Çünki Avropa Liqasına vəsiqəni əldə etmək istəyirik. Ən əsas məqsədimiz budur.
-İki cəbhədə mübarizə aparmaq çətin olmayacaq ki?
-Kubok oyunu iki oyundan ibarətdir. Elə də çox deyil, lakin çempionat oyunları çox olur. Ümumilikdə isə, hər ikisində çalışacayıq ki, yaxşı oyun sərgiləyək.
-Deyirsən, kubok oyunu bizə vacibdir. Səncə, “Qarabağ” daha təhlükəli rəqib idi, yoxsa “Sumqayıt”? Bir tərəfdə titullara doymuş , güclü bir komanda, digər tərəfdə isə, gənc və perspektivli klub.
-“Qarabağ” güclü klubdur. Düzdür “Sumqayıt”a uduzdular, lakin deməzdim zəifdirlər. Ümumilikdə isə bizim üçün heç bir fərqi yoxdur. Kim olsa var gücümüzlə oynayacağıq.
-Yaxın zamanlarda milli komandanın heyəti açıqlandı. Kamran Ağayevi çıxmaq şərtiylə, klubdan heç kəs yığmaya dəvət olunmadı. Necə düşünürsən, bunun komandaya hər hansı bir təsiri oldumu? Buna reaksiya necədir klubda?
- Düzdür, Kamran Ağayev milliyə dəvət olunub. Lakin digər oyunçular dəvət olunmaması özümüzdən asılıdır. Nə qədər yaxşı oynasaq, şanslarımız da bir o qədər artacaq.
Həsənov Mərdan (Antalya)