"Bunun əksini düşünmək istəmirəm" - Ramil Şeydayev

“Milli və klubda hər şey fərqli ola bilər. Hadisələrin necə inkişaf edəcəyinə baxacağıq”.

Newsport.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Ramil Şeydayev deyib.

Yığmamızın Antalyadakı təlim-məşq toplanışı çərçivəsində sabah Moldova millisi ilə üz-üzə gələcək.

Hücumçu oyunla bağlı fikirlərini bölüşüb. O, çətin qarşılaşma olacağını deyib: “Qurban Qurbanovun rəhbərliyi altında ilk oyunumuza çıxacağıq. Bizim üçün asan matç olmayacaq”.  

Mərkəz hücumçusu millimizin Millətlər Liqasındakı rəqiblərini dəyərləndirib: “Millətlər liqasında maraqlı qrupa düşmüşük və futbolçularla bu haqda danışmışıq. Qrupdan çıxmaq gücümüz var və əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, qrupdan çıxacağıq. Bunun əksini isə düşünmək istəmirəm”.

Bundan öncə U-21 yığmamızın təlim-məşq toplanışında iştirak edən Şeydayev bununla bağlı danışıb. O, klubunda komanda yoldaşı olduğu Rəşad Sadıqovun rəhbərliyi altında çıxış etməsindən söz açıb: “Bu, futbolda normal haldı. Belə vəziyyətlərdə subardinasiyanı gözləmək lazımdı. Indiki vəziyyətdə daha çox oynamaq vacibdi. U-21-də və “Qarabağ”da oynamışam, ola bilər ki, sabah Moldovaya qarşı oyunda da meydanda olum”.

"Qarabağ"ın mərkəz hücumçusu Dino Ndlovunun komandadan ayrılması haqqında danışıb: “Dino Ndlovunun yoxluğunda necə olacağına baxarıq. Görək, baş məşqçimiz nə qərar verəcək. Çempionat başlayandan sonra bu suala aydınlıq gələcək”

Həsənov Mərdan, Antalya





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right