Ruslan Abışov: "Məni niyə qızışdırırsız"?

“Sabah çıxacağımız oyun yoldaşlıq görüşü olmağına baxmayaraq,  istəyirik qələbə ilə başlayaq. Bunun üçün hər şey edəcəyik ki, qələbə qazanaq” 

Newsport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin və milli komandamızın üzvü Ruslan Abışov Antalyaya ezam olunmuş müxbirimizin suallarını cavblandırarkən bildirib:

- Ruslan, psixoloji durumun nə yerdədir?

- Klubu yığma komanda ilə qarışdırmaq istəməzdim. Məncə buradaki nəticəmiz sırf təsadüfi bir şeydir. Sabah çalışacam ki, ən yaxşı oyunlarımdan birini göstərim.

- Qurban Qurbanov milliyə “Neftçi”dən dəvət olunmuş futbolçularla fərdi söhbət edimi? Sizdə olan ab-hava üzündən..

- Yox, sadəcə, yorğun olub-olmadığımız haqda soruşub. Başqa heç nə soruşmayıb.

- Moldova haqda məlumat almısınız? Ya, bir başa oyuna çıxacaqsınız?

- Yox, artıq, rəqibi analiz etmişik. Sabah, millimiz çox yaxı çıxış edəcək. Həm taktiki, həm də oyun baxımdan. Buna inanıram.

- Ən çox möqey baxımından sənin haqda müzakirələr gedir. Bu haqda nə deyə bilərsən?

- Əlbətdə ki, öz mövqeyimdə oynayacam. Mən hər zaman istəmişəm öz mövqeyimdə çıxış edim. Sabah da inşallah mərkəz müdafiəçisi kimi oynamaq istəyirəm. Düzdür, bir müddət millidə çıxış etmədim. Lakin, artıq istəyirəm hər zaman əsas heyət üzvü olum və fərqlənim.

- “Neftçi”də nələr baş verir? Vəziyyət nə yerdədir?

- “Neftçi” haqda danışmayaq.

- Vəziyyət bu dərəcədə pisdir ki, danışmaq istəmirsən?

- Məni niyə qızışdırırsız? Ümumiyyətlə, bu haqda mənə danışmağa icazə yoxdur.

Həsənov Mərdan, Antalya





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right