Qış transfer pəncərəsindən yararlanmağa çalışan "Neftçi" heyətini daha bir futbolçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, “ağ-qaralar” argentinalı hücumçu Lukas Emanuel Qomesilə 1,5 illik müqavilə imzalayıblar. Antalyada təlim-məşq toplanışında olan Lukas artıq, tibbi müayinədən də keçib.
Qeyd edək ki, 30 yaşlı hücumçunun son klubu Venesuelanın “Deportivo Lara” komandası olub.