Dünən U-16 Liqasında 17-ci turun ertələnmiş 1 oyunu keçirilib. «Bayıl Arena»da Nazim Əliyevin çalışdırdığı «Səbail» Fərrux İsmayılovun «Vətən»ini qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu matçın sonuncu dəqiqəsində Qardaş Talıbovdan ideal ötürmə alan Emil Quluzadə vurub.
Bu oyuna kimi U-16 Liqasında 3 oyun cümə axşamı keçirilmişdi: «Zirə» - «Qarabağ» 1:1, «Sumqayıt» - «Neftçi» 0:0, «Qəbələ» - «Kəpəz» 6:0. Daha bir oyun isə qeyri-müəyyən vaxta təxirə salınıb. Söhbət «Neftçi» İK İB – «Keşlə» matçından gedir. Təxirəsalmanın səbəbi meydan sahiblərinin Gürcüstanda turnirdə iştirak etməsidir.

Bombardirlər: Emil Quluzadə («Vətən») – 10 qol, Fərid Xasıyev («Turan») – 9 qol.
U-16 Liqasında 18-ci turun oyunları fevralın 1-də keçiriləcək: «Keşlə» - «Sumqayıt», «Neftçi» - «Səbail», «Vətən» - «Zirə», «Qarabağ» - «Qəbələ», «Kəpəz» - «Turan». Oyunların başlama saatı və yeri haqqında əlavə məlumat verəcəyik.
«Het-trik news» qəzeti və sportinfo.az saytının birgə layihəsi