Türkiyənin Antalya bölgəsində toplanışda olan "Keşlə" bu gün ikinci yoxlama oyununu keçirəcək.
Newsport.az-ın məlumatına görə, Yuri Maksimovun komandası Ukraynanın "Karpati" klubu ilə qarşılaşacaq. Matça Bakı vaxtı ilə saat 18:30-da start veriləcək.
Qeyd edək ki, "Keşlə" ilk yoxlama görüşündə "Rabotniçki"yə 1:0 hesabı ilə qalib gəlib.
29 yanvar
Yoxlama oyunu
18:30 "Keşlə" - "Karpati"