Qurban Qurbanovun brifinqi olacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının mətbuat nümayəndələri üçün açıq məşqi keçiriləcək.

Newsport.az-ın məlumatına görə, xəbər verir ki, millimizin yanvarın 29-da, yerli vaxtla saat 18:00-da, Mardan otelin stadionunda baş tutacaq məşqinin ilk 15 dəqiqəsi media üçün açıq olacaq.

Məşqdən öncə - saat 17:30-da isə millinin baş məşqçisi Qurban Qurbanovun və bir neçə futbolçunun brifinqi təşkil olunacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right