Bu gün «Boulevard U-15 Liqası»nda 15-ci turun son oyunu keçirilib. Tovuz şəhər stadionunda baş tutan qarşılaşmada «Turan» «Neftçi»ni qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 1-ci hissənin ortalarında Rəvan Nağıyev vurub. Qələbə sayəsində «Neftçi» xal etiyatını 27-ə çatdıraraq 5-ci pilləyə yüksəlib.
Qeyd edək ki, sözügedən oyunda hər iki komandanı meydana yeni baş məşqçi çıxarıb. Son tura kimi «Turan»ı çalışdıran Ruslan Abbasov U-16 komandasına təyin olunduğundan onu bu postda Kamal Ələkbərov əvəzləyib. «Neftçi»də isə Tofiq Mustafayevin gedişindən sonra kollektiv Zaur Seyidova tapşırılıb.
U-15 Liqasında növbəti tur fevralın 3-4-də keçiriləcək: İsgəndər Cavadov BFA – İOEUGİM, «Zirə» - «Kəpəz», «Zaqatala” – «Neftçi» İK İB, «Sumqayıt» - «Neftçi», «Turan» - «Qarabağ», «Vətən» - «Qəbələ», Viləş – «Səbail». Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.

Bombardirlər: Alı Alı («Sumqayıt»), Mehrac Baxşəliyev («Qəbələ») – 14 qol, Elvin Abdullayev («Vətən») – 13 qol,
«Het-trik news» qəzetinin və sportinfo.az saytının birgə layihəsi