Antalyada azərbaycanlı futbolçuların olduğu ticarət mərkəzində yanğın! SON DƏQİQƏ

Türkiyənin Antalya şəhərində yerləşən "Terracity" ticarət mərkəzində yanğın olub. Binanın 4-cü mərtəbəsində olan ticarət obyektlərinin birində yanğın baş verib.

Newsport.az-ın Antalyaya ezam olunmuş əmakdaşının verdiyi məlumata görə, "LC Waikiki" mağazası qısa müddətdə dumana bürünüb və müştərilər oradan çıxarılıb. Yanğın nəticəsndə xəsarət alan olmayıb və dördüncü mərtəbədə olan insanlar aşağı enib. Polisin dəstəyi ilə ticarət mərkəzinin yuxarı mərtəbələrinə giriş 10 dəqiqə müddətində qadağan edilib. Mərkəzin işçilərinin müdaxiləsindən sonra yanğın söndürülüb.

Yanğın zamanı ticarət mərkəzində "Zirə"nin və I Divizion təmsilçisi "Xəzər" komandasının futbolçuları və bir neçə məşqçisi alış veriş edirdi.

Həsənov Mərdan, Antalya

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right