“Sumqayıt” Pandevin komandasına qarşı

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama oyununu keçirəcək.

Newsport.az-ın məlumatına görə, Samir Abasovun yetirmələri Makdeoniyanın “Akademiya Pandev” klubuyla qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Qeyd edək ki, 2010-cu ildə məşhur futbolçu Qoran Pandev tərəfindən yaradılan komanda ötən mövsüm Makedoniya 2-ci liqasında 1-ci yer tutaraq əsas liqaya vəsiqə qazanıb. Pançe Stoyanovun baş məşqçisi olduğu “Akademiya Pandev” hazırda Makedoniya əsas liqasında 4-cü yerdə qərarlaşıb.

Yoxlama oyunu

28 yanvar

16:00 Sumqayıt (Azərbaycan) - Akademiya Pandev (Makedoniya)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right