"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov komandanın qapıçısı Kamran Ağayevin son vaxtlar etdiyi özbaşınalıqlar, jurnalistlərlə davası, bu gün "İnter"lə matçda rəqib komandanın azarkeşləri ilə söyüşməsinə və Mikel Alvaroya vurduğu zərbəyə münasibət bildirib:
Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə,F.Nəcəfov Kamranla bağlı bunları deyib,"Kamranla dəfələrlə söhbətimiz olub. Amma, peşəkar futbolçuya yaraşmayan addımdır ki, o azarkeşlərlə ağız davasına çıxır. Kamranın Mikel Alvaroya qarşı etdiyi hərəkət peşəkar adama yaraşmır. Və ən çox da bu klubda olan birinə yaraşmır. Epizoda baxdıqdan sonra onunla mənim və baş məşqçinin ciddi söhbəti olacaq."